Azərbaycan ötən il Ukraynadan 11 ədəd BTS-5B yedək maşını alıb

Ukrayna 2013-cü ildə 2013-cü ildə Azərbaycana 11 ədəd BTS-5B universal çoxməqsədli yedək maşını satın alıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Ukrayna İxraca Nəzarət Dövlət Xidmətinin açıqladığı hesabatda bildirilib.Hesabatdan məlum olur ki, əvvəlki illərdə hərbi texnika sahəsində böyük sifarişləri olan Azərbaycan Ukraynadan idxalatı əhəmiyyətli şəkildə azaldıb.

Azərbaycan Müdafiə Nazirliyi 2012-ci ildə Ukraynadan 14, 2007-ci ildə isə 4 ədəd olmaqla cəmi 29 ədəd BTS-5B yedək maşını əldə edib.

T-72A tanklarının şassisi üzərində hazırlanmış BTS-5B universal çoxməqsədli yedək maşını tank bölmələrinin texniki təminatı, xilasetmə işlərinin keçirilməsi, zərər çəkmiş texnikanın yedəklənməsi, ehtiyat hissələrin və avadanlıqların daşınması üçün nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş