Azərbaycan peykinin orbitə çıxarılma tarixi dəqiqləşib

Azərbaycanın ilk süni peykinin orbitə çıxarılacağı tarix müəyyənləşib və peyk 2013-cü ilin 23 yanvar – 23 fevral tarixləri arasında qaldırılacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Artıq peyki orbitə çıxaracaq “Arian” şirkəti rəsmi olaraq öhdəliklərini təsdiqləyib. Öhdəliklərə görə, peykin orbitə çıxarılması bir ay müddətində (23 yanvar – 23 fevral) nəzərdə tutulub. Bu müddət müxtəlif hava şəraiti ilə əlaqədardır.

Ə. Abbasov bildirib ki, Azərbaycanın süni peykinin orbitə buraxılması üzrə bütün işlər plana uyğun həyata keçirilir.

“Belə ki, avqustda Naxçıvanda yerüstü ehtiyat idarəetmə stansiyasının inşası və quraşdırılması başa çatacaq, oktyabrda yerüstü peykin idarəetmə sistemi istifadəyə veriləcək, noyabrda isə Azərbaycanın peyki istehsal olunub, uçuş yerinə gətiriləcək” – deyə, nazir vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş