Azərbaycan pilotları Türkiyədə təhsil alacaqlar – Memorandum imzalandı – FOTOLAR

Türkiyə Hava Qüvvələrinin 2-ci Əsas Reaktiv Təyyarələr Bazasında Çoxmillətli Uçuş Tədris Mərkəzinin (ÇUUEM) açılışı olub. Bu barədə “AzeriDefence” Türkiyə Hava Qüvvələrinə istinadən məlumat verib.

Mərkəzin açılışına Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin Hərbi Hava Qüvvələrinin komandanları və yüksək rütbəli nümayəndələri qatılıblar.

Açılış mərasimindən sonra Türkiyə Hava Qüvvələri ilə ABŞ, Azərbaycan, CAR, Banqladeş, Cənubi Koreya, Pakistan və Türkmənistan Hava Qüvvələri arasında hərbi tədris və təlimlərin keçirilməsinə dair anlaşma memorandumları imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş