Azərbaycan prezidenti Airbus Group International şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Davosda Fransanın Airbus Group International şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb. Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib İqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə Airbus Group International şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş