Azərbaycan Prezidenti MSN işçilərini təltif etdi

Müdafiə Sənayesi Nazirliyinin (ÇSN) bir qrup əməkdaşı Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən təltif edilib və fəxri adlara layiq görülüblər. Bu barədə “AzeriDefence” MSN-in saytına istinadən məlumat verib.

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -11 dekabr 2012-ci il tarixində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalayıb.

Respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə nazirliyin əməkdaşları Babayev Kemran Bəxtiyar oğlu, Hüseynəliyev Qafar Bayraməli oğlu, Kərimov Mehman Söhrab oğlu, Mehdiyev Rəhman İsfəndiyar oğlu “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş, Musayev Yəhya Musa oğlu, Abbasov Sabir Əli oğlu, Abdullayev Novruz Alməmməd oğlu, Ağayev Fəxrəddin Güləli oğlu, Əhmədov Ramiz Qazməmməd oğlu, Əliyev Çingiz Paşa oğlu, Əliyev Yusif Əmi oğlu, Əlvanov Şahbala Şahnamaz oğlu, Haqverdi Məhəmməd İslam oğlu, Kəlbiyev Rövşən Zeynal oğlu, Məmmədov Sədrəddin Abbas oğlu “Tərəqqi” və Zeynalov Vaqif Əziz oğlu, Haşımova Əminə Allahyar qızı, Vəzirov Fərrux Azad oğlu, Zeynalov Hüseyn Allahverdi oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

KATEQORIYA:
Bu xəbəri paylaş