Azərbaycan prezidenti NATO Dəstək Agentliyinin baş menecerini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul edib. Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Azərbaycan prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edilib. Əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş