Azərbaycan prezidenti TAI şirkətini ziyarət edəcək

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Türkiyə aviasiya sənayesinin mərkəzi olan TAI (Turkish Aerospace Industries, Inc) şirkətini ziyarət edəcək. Bu barədə “AzeriDefence” Türkiyə prezidentinin saytına istinadən məlumat verib.

TAI şirkətində prezidentlərə burada istehsal olunan müxtəlif uçuş vasitələri nümayiş etdiriləcək.

Qeyd edək ki, TAI hazırda dünyanın 100 böyük müdafiə şirkəti sırasında yer alan Türkiyənin ikinci böyük müdafiə firmasıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş