Azərbaycan prezidenti Türkiyə Quru Qoşunlarının komandanını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. General H. Kıvrıkoğlunun Azərbaycana səfərinin uğurlu olacağına və hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş