Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya səfər edib

Dekabrın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinə istinadən məlumat verib.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.

Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
Qeyd edək ki, MDB İcra Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda 2013-cü ildə raket əleyhinə müdafiə sistemi ilə əlaqədar birgə tədbirlərin keçirilməsi, MDB ölkələrinin silahlı qüvvələrinin metroloji təminatının təkmilləşdirilməsi, Müdafiə Nazirliklərinin beynəlxalq hərbi əməkdaşlıq orqanlarının qarşılıqlı fəaliyyəti, mühəndislər korpusunun birgə fəaliyyət göstərməsi, mühəndis avadanlıqlarının modernləşdirilməsi və təmiri, vahid arxiv kataloqunun formalaşdırılması məsələlər müzakirə ediləcək.
Görüşdə birliyə üzv ölkələrin Silahlı Qüvvələrinin topoqrafik xidmətləri üçün mütəxəssis, hərbi-elmi və elmi-pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi, Mühəndisləri Korpusu üçün hərbi kadrların hazırlanması istiqamətində təşkilati məsələlər müzakirə mövzusu olacaq. Bundan başqa iclasın gündəliyinə 1941-1945-ci illər baş vermiş Böyük Vətən Müharibəsinin 70 illiyinin qeyd olunması üçün hazırlıq məsələləri, döyüşlər zamanı ölən hərbçilərin həyatlarının araşdırılması daxil edilib.
İclasın işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş