Azərbaycan ROKETSAN ilə raket istehsalına başlayır

Hərbi sənayemizdə yeni layihəYaxın vaxtlarda Azərbaycanda Türkiyənin ROKETSAN şirkəti ilə birgə reaktiv raketlərin istehsalına başlanacaq. Bu barədə “AzeriDefence.com” saytına İDEX-2013 beynəlxalq müdafiə sərgisində, ROKETSAN firmasının nümayəndələri məlumat veriblər.

Artıq istehsalın yaradılması sahəsində işlər yekunlaşmaq üzrədir. ROKETSAN rəsmilərinin sözlərinə görə, istehsal üçün gərəkli texnologiyalar Azərbaycana transfer olunub.

Raketlərin reaktiv mühərrikləri ROKETSAN tərəfindən, qalan hissələri və hərb başlığı isə Azərbaycanda istehsal olunacaq.

Ilkin mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin təlabatına uyğun olaraq 107 və 122 mm çaplı raketlərin istehsalı həyata keçiriləcək. Sonrakı mərhələdə isə daha böyük çaplı raketlərin istehsalı nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş