Azərbaycan Rusiyadan Ka-226T helikopterləri alır – EKSKLÜZİV

Azərbaycan Rusiyadan Ka-226T yüngül çoxməqsədli helikopterləri almaq niyyətindədir.Bu barədə “AzeriDefence”nin Astanada şəhərində keçirilən KADEX-2012 sərgisinə qatılmış əməkdaşına eksklüziv olaraq “Rusiya Helikopterləri” şirkətinin stendindən məlumat verilib.

Artıq Azərbaycan tərəfi bu helikopterlərin alınmasına marağını ifadə edib və hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Hansı sayda helikopterin alımı, qiyməti və alan qurum barədə məlumat verilməyib. Danışıqların bir hərbi qurumla aparıldığı bildirilib.

Uçuş kütləsi 3600 kq olan Ka-226T kabinə daxilində 1046 kq, xarici asmada 1000 kq yük daşıya bilir. Helikopterin maksimal sürəti 250 km/saat, maksimum uçuş hündürlüyü 7 min metr təşkil edir. “Turbomeca” şirkətinin istehsalı olan “Arrius 2G1” mühərriki ilə təchiz olunub. Helikopter yüksək dağlarda, çətin keçilən şəraitlərdə işlərin icra edilməsi üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş