Azərbaycan Rusiyaya sifariş verdiyi helikopterlərin sayını artırıb – EKSKLÜZİV

Azərbaycan regionda ən böyük sifarişçiAzərbaycan Rusiya ilə 2010-cu ildə hərbi helikopterlərin satın alınmasına dair imzalanmış müqaviləyə əlavələr edib. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq CAR-da keçirilən AAD-2012 sərgisinə qatılmış “Rusiya Helikopterləri” şirkətinin stendindən məlumat verilib.

Azərbaycan 2010-cu ildə döyüş və hərbi-nəqliyyat tipli helikopterlərin satın alınmasına dair böyük həcmli sifariş yerləşdirib. Bu sifariş Mi-35M, Mi-8 və Mi-17 tipli helikopterlərin müxtəlif modifikasiyalarını əhatə edir. Hazırda “Rosvertol”, “Kazan Helikopters” şirkətləri və digər müəssisələr tərəfindən sifarişin icrası həyata keçirilməkdədir. Sifarişçiyə çatdırılmalar qrafik üzrə davam edir.

Əlavə sifarişin sayı, dəyəri və hansı modellər olması barədə məlumat verilməyib.

“Burada həm döyüş, həm də müxtəlif təyinatlı digər helikopterlər ola bilər”, – deyə bildirilib.

“Azərbaycan son illərdə Rusiya helikopterlərinə böyük maraq göstərir. Bu sifarişlərin artımında da özünü göstərir. Azərbaycan regionda ən böyük sifarişçimizdir”, – deyə əlavə olunub.

Rusiyalı mütəxəssislər Rusiya və keçmiş Sovet istehsalı helikopterlərə baxım, texniki dəstək göstərilməsi, təmir işlərinin yerinə yetirilməsi üçün Azərbaycanda regional mərkəzin yaradılması məsələsinə baxıldığını da bildiriblər.

Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyaya iki müqavilə çərçivəsində 84 ədəd helikopter sifariş verib.

KATEQORIYA:
Bu xəbəri paylaş