Azərbaycan əsgərləri 2 erməni hərbçisini zərərsizləşdirib
Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ermənistan mediası məlumat yayıb.
Hadisə dekabrın 22-də Qarabağın cəbhəsinin cənub istiqamətlərində baş verib. Atışma zamanı Ermənistan Ordusunun hərbçiləri 19 yaşlı Ovanes Davtyan və Erik Karapetyan yaralanıb.
Hazırda hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
KATEQORIYA: Müdafiə