Azərbaycan əsgərləri cəbhədə daha bir erməni hərbçini məhv etdi – YENİ

Cəbhədə iki gün ərzində 3 erməni hərbçi öldürüldü
Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan Ordusunun daha bir əsgəri öldürülüb. “AzeriDefence”nin “News Armenia” portalına istinadən verdiyi məlumata görə, bu gün saat 08:25 radələrində cəbhənin şərqində bir əsgər atəşkəsin pozulması nəticəsində həlak olub.

Simon Gülnazaryan (1993-cü il təvəllüdlü) adlı əsgər Qarabağdan hərbi xidmətə çağrılıb. Məlumata görə, əsgər hospitala aparılarkən yolda ölüb.

Bununla da son iki gündə Qarabağ cəbhəsində təxribat yaratmağa cəhd göstərərkən öldürülmüş erməni hərbçilərin sayı 3 olub. “AzeriDefence.com” saytının bu gün bölgədə xidmət edən Azərbaycan hərbçilərindən aldığı məlumata görə, Füzuli rayonunun Horadiz kəndi yaxınlığında ermənilərin Azərbaycan Ordusunun mövqelərinə hücumu dəf edilib. Həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəfin Bako Sumbatyan və Aram Beqleryan adlı iki əsgəri öldürülüb. Bir ədəd UAZ tipli nəqliyyat vasitəsi isə vurularaq sıradan çıxarılıb. Öldürülmüş hər iki əsgərin iyunun əvvəllərində Xankəndindən əraziyə gətirilmiş xüsusi təyinatlı qrupda olduğu bildirilir.

Xatırladaq ki, bununla da cari ilin əvvəlindən bu günə cəbhə xəttində məhv edilmiş erməni hərbçilərinin sayı 33-ə çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş