Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlimlərə başlayıb

Təlimə hərbi aviasiya da cəlb olunubAzərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilən təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Həftənin sonunadək keçiriləcəyi planlaşdırılan təlimlərdə son illər Azərbaycan Ordusunun əldə etdiyi ən müasir texnika və silahlardan istifadə olunacağı nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş