Azərbaycan Silahlı Qüvvələri ilə NATO/ABŞ Ekspert Qrupu arasında hərbi təhsilin inkişafına yardım üzrə görüş keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun mütəxəssisləri tərəfindən Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə növbəti işçi görüşü keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə hərbi təhsil sahəsində strateji planlaşdırmanın təşkili ilə bağlı beynəlxalq təcrübənin, o cümlədən NATO ölkələrinin bu sahədə təcrübəsinin öyrənilməsi və təhsil üzrə digər məsələlər barədə müzakirələr aparılır.

Ekspert Qrupunun üzvləri Hərbi Akademiyanın komandanlığı ilə görüşüb, kafedraların rəhbər və müəllim heyəti ilə dəyirmi masada strateji planlaşdırmanın təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Hərbi Akademiyanın dinləyiciləri üçün milli təhlükəsizlik strategiyası, qloballaşma və təhlükəsizliklə bağlı mühazirələrin oxunması da planlaşdırılır. Tədbir noyabrın 13-də başa çatacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş