Azərbaycan Silahlı Qüvvələrində NATO Tərəfdaşlıq Təlim və Təhsil Mərkəzinin yaradılması müzakirə olunacaq

Noyabrın 25-dən 29-dək Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan-NATO əməkdaşlıq proqramları çərçivəsində noyabr ayı ərzində Bakıda bir sıra tədbirlər keçiriləcək.

Noyabrın 18-dən 22-dək Bakıda NATO-nun Brunsumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə hazırlanmış partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda təlim kursu, noyabrın 25-dən 28-dək isə NATO-nun Nortvudakı HDQ Komandalığının mobil təlim qrupunun “Hərbi Dəniz Qüvvələri zabitləri üçün təlim kursu” təşkil olunacaq.

Noyabrın 18-dən 22-dək isə NATO ekspert qrupu Tərəfdaşlıq Təlim və Təhsil mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə Azərbaycana səfər edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş