Azərbaycan son 6 ildə 40 döyüş təyyarəsi və 35 helikopter alıb – EKSKLÜZİV

40 təyyarə, 35 helikopter və 30-a yaxın PUAHərbi aviasiyanın inkişaf proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkına 2005 – 2011-ci illərdə 40 yeni döyüş təyyarəsi daxil edilib. “AzeriDefence”nin eksklüziv məlumatına görə, bu dövrdə Azərbaycanın hərbi qurumları tərəfindən digər ölkələrdən 35-dən artıq helikopter, təxminən 30-a yaxın pilotsuz uçuş aparatları alınıb.

BMT Adi Silahlar Registrindəki məlumatların təhlili zamanı bəlli olur ki, bu dövrdə Azərbaycan hərbi təyyarə və helikopterləri 4 ölkədən – Ukrayna, Rusiya, Belarus və Gürcüstandan əldə edib. Pilotsuz uçuş aparatları isə İsraildən alınıb. Bura ölkədə istehsal edilmiş PUA-lar aid edilmir.

Belə ki, 2005-2011-ci illərdə Azərbaycan Ukraynadan 27 təyyarə və 12 helikopter, Rusiyadan 20-dən artıq helikopter, Gürcüstandan 7, Belarusdan isə 6 təyyarə alıb.

Aviaparka daxil edilmiş təyyarələrdən 13-ü Su-25, 15-i MiG-29, 12-si isə L-39 Albatros tipli təyyarələr olub. Helikopterlərdən isə 12-si Mi-24, 4-ü Mi-35M, qalanları isə Mi-8 və Mi-17 tipli helikopterlərin müxtəlif modifikasiyaları olub. Ukraynadan satın alınmış Mi-24 helikopterləri CAR-ın ATE Group şirkəti ilə birgə modernizasiya olunaraq Mi-24G adlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş