Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək
Ankara şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən tədbir fevralın 26-dən 28-dək davam edəcək.
İclasda iki ölkənin HDQ-i arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
KATEQORIYA: Müdafiə