Azərbaycan-Türkiyə hərbi təlimi oktyabrın 3-də başa çatacaq

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə Azərbaycanda keçirilən bigə hərbi təlim oktyabrın 3-dək davam edəcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

KATEQORIYA:
Bu xəbəri paylaş