Azərbaycan Ukraynadan “Kolçuqa” stansiyası alır?

Ukraynanın Donetsk şəhərində yerləşən “Topaz” hərbi müəssisəsi Azərbaycanla alqı-satqı müqaviləsi imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukraynanın “Komite” qəzeti Donetsk şəhərinin meri Aleksandr Lukyançenkoya istinadən məlumat yayıb.

Alqı – satqı müqaviləsində hansı məhsulun çatdırılması barədə məlumat verməyən mer bildirib ki, bu yaxınlarda “Topaz” zavodun baş mühəndisi Azərbaycanda olub və danışıqlar aparıb.

Ukrayna hərbi KİV-ləri isə alqı – satqı müqaviləsinin “Kolçuqa” tipli radiolokasiya stansiyalarının çatdırılması ilə bağlı olması barədə xəbərlər yayıb.

Qeyd edək ki, üç stansiyadan ibarət olan “Kolçuqa” kompleksi yerüstü və suüstü hədəflərin koordinatlarını yüksək dəqiqliklə müəyyən edir. “Kolçuqa” hədəflərin hərəkətini 600 kilometrə qədər dərinlikdə, 150 km enində və hava hədəflərini 10 kilometrə qədər yüksəklikdə və 800 km uzaqlıqda təyin edə bilir.

“Kolçuqa” radiotexniki kəşfiyyat stansiyası silahlanmaya 1987-ci ildə qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş