Azərbaycan və Belarus Daxili Qoşunları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Mayın 17-də Belarus daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Yuriy Hacimuratoviç Karayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.Bu barədə “AzeriDefence” Daxili Qoşunların saytına istinadən məlumat verib.

General-mayor Y.H.Karayevi Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov qəbul edib. Daha sonar Daxili Qoşunların Baş İdarəsində keçirilən görüşdə Azərbaycan daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Ş.Məmmədov qonağı salamlayaraq, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında hərtərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Y. Karayev isə Azərbaycana səfərdən məmnun olduqlarını deyib. İki qurum arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Daxili Qoşunları ilə Belarus Daxili Qoşunları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Sonra Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş