Azərbaycan və CAR arasında hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə olunub

Aprelin 1-də Müdafiə Sənayesi Nazirliyində Cənubi Afrika Respublikasının Elmi və Sənaye Tədqiqatları Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə MSN—in mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib. Görüşdə Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri Vika Mazvi Khumalo da görüşdə iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş