Azərbaycan və Fransa arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb

Bakıda Azərbaycan-Fransa ikitərəfli hərbi əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə ölkələr arasında hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün müdafiə sahəsində ikitərəfli əməkdaşlıq planı” imzalanıb.

Fransa Respublikasının nümayəndə heyətinə Birləşmiş Qərargahın Beynəlxalq Əlaqələr İdarəsinin Qafqaz, Mərkəzi Asiya, Rusiya Federasiyası və Ukrayna üzrə bürosunun rəisi 1-ci dərəcəli kapitan Aleksis Viler rəhbərlik edib.

KATEQORIYA:
Bu xəbəri paylaş