Azərbaycan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanacaq

Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanacaq. Bu barədə “AzeriDefence”yə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Texniki Anlaşmanın özündə nəyi ehtiva etdiyi barədə detallı məlumat verilməyib.

Məlumatda həmçinin qeyd olunub ki, bu yaxınlarda dövlət başçısı tərəfindən müdafiə naziri Səfər Əbiyevə Texniki Anlaşmanı imzalamaq səlahiyyəti verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş