Azərbaycan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma imzalanıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransa Respublikasına rəsmi səfəri başa çatıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı müdafiə naziri Fransanın hərbi rəhbərliyi və Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr aparıb.

Görüşlərin nəticəsi olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma” imzalanıb.

Səfər yanvarın 14-də başa çatıb.

KATEQORIYA:
Bu xəbəri paylaş