Azərbaycan və İndoneziya arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycan və İndoneziya arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İndoneziyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevlə İndoneziyanın müdafiə naziri Menhan Ryamizard Ryacudunun görüşündə hərbi əlaqələrin perspektivləri müzakirə olunub.

İndonesiya müdafiə nazirliyi Azərbaycanla əlaqələrini genişləndirmək niyyətində olduğunu bəyan edib. Nazir qeyd edib ki, Azərbaycanla əlaqələr təlim və simulyatorlar üçün avadanlıq və texnologiyaların idxal edilməsi imkanların vasitəsi ilə də genişlənə bilər

KATEQORIYA:
Bu xəbəri paylaş