Azərbaycan və İranın sərhəd mühafizəsi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İranın sərhəd mühafizəsi arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Sənəd İran Sərhəd Polisinin rəis müavini Əhməd Qaravand və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Fərhad Tağızadə tərəfindən imzalanıb.

Tərəflər keçirdikləri görüşdə iki ölkə arasında əlaqələrin qədim olduğunu və ikitərəfli əlaqələrin inkişafının bütün sahələrdə, o cümlədən sərhəd mühafizəsi sahəsində vacib olduğunu vurğulayıblar.

Memorandumda sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın inkişaf istiqamətləri əksini tapıb.

İran mediasında yer alan məlumata görə, tərəflər arasında imzalanmış sənəddə iki ölkə sərhəd qurumlarının birgə təlimlərinin keçirilməsi barədə məsələ də yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş