Azərbaycan və Latviya arasında hərbi sənaye sektorunda əməkdaşlıq müzakirə olunub

Avqustun 7-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.
Görüşdə Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım İeva Majore iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınları zavodunda istehsal prosesinin gedişini izləyib. Nazirliyin müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş