Azərbaycan və Qırğızıstanın müdafiə nazirləri görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərə gələn Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında müdafiə, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlığın perspektivləri, dövlətlərin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri general-polkovnik Z.Həsənov Ermənistanın bölgədəki sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində A. Kudayverdiyev dövlətlərarası əlaqələrin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını qeyd edib.

Görüşdə Azərbaycan-Qırğızıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş