Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşüb

Avqustun 1-də Moskva şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik, hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş