Azərbaycan və Serbiya arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin müdafiə naziri Neboş Rodiç ilə görüşüb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Görüşdə iki ölkə arasında əlaqələr, xüsusilə də Müdafiə nazirlikləri arasında əlaqələr müzakirə edilib. N. Rodiç Azərbaycanın Kosovo məsələsindəki mövqeyinə görə səfirə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan və Serbiya arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişin tezliklə imzalanacağına əminlik ifadə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş