Azərbaycan və Türkiyə hərbi təyyarələrinin təlim uçuşları davam edir

“TurAz Qartalı – 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş