Azərbaycan və Türkiyə pilotlarından düşmənə göz dağı -FOTOLAR

TURAZ Şahini-2015Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən “TURAZ Şahini 2015” birgə təlimləri sabah başa çatır.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, martın 31-də təlim mərkəzinə media turu keçirilib.

Təlimləri Türkiyə Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da izləyib.

Əvvəlcə Anadolu Kartalı Təlim Mərkəzinin rəisi, polkovnik-leytenant Həsən Saffet Çelikəl təlim barədə məlumat verərək bildirib ki, burada müxtəlif stardartlara malik – keçmiş Varşava bloku ölkələrində istehsal edilən təyyarələrlə qərb ölkələrində istehsal edilən və hazırda istifadədə olan təyyarələrinin birlikdə təhlükəsiz uçmalarını təmin edəcək üsullar reallaşdırılıb.

“Bizim üçün bu manevrlərin əhəmiyyəti çox böyükdür”- deyə Çelikəl vurğulayıb.

Təlimlərdə Türkiyə Hava Qüvvələrindən üç ədəd F-16, üç ədəd F-4E 2020, iki ədəd AS-532, iki ədəd UH-1H helikopterləri və havadan xəbərdarlıq-nəzarət təyyarəsi, Azərbaycan Hava Qüvvələrindən isə 104 hərbçi üç ədəd MİQ-29, üç ədəd SU-25 döyüş təyyarəəsi və dörd ədəd MI-17 helikopteri iştirak edir.

Daha sonra atış və xilasetmə təlimləri həyata keçirilib.

Təlimlərdə ilk olaraq Azərbaycan və Türkiyə təyyarələri hədəflərə hücum edərək yerdəki müdafiə sistemlərini vurublar. Daha sonra top və Mk-82 bombaları iilə hədəflər uğurla sıradan çıxarılıb. Sonra şərti düşmən ərazisində qalan bir pilot xilas edilib. Düşmən ərazisinə enən iki helikopterdən düşən əsgərlər ətrafı mühafizə edib və pilot helikopterə mindirilib. Sonda helikopterlərin yerə enməsinin təhlükəli olduğu vəziyyətdə düşmən ərazisində qalan pilot xilas edilib. Bu dəfə helikopterdən xüsusi iplərlə enən əsgərlər yaralı pilotu xərəyə qoyaraq xilas ediblər. Eyni zamanda rəqibin hava hücumundan müdafiə sisteminin atışlarından yayınmalar nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş