Azərbaycan və Türkiyənin dənizçi kursantları Aralıq dənizində Açıq Dəniz Tədrisini başa vurublar

Türkiyə və Azərbaycan Hərbi Dənizçilik məktəblərinin kursantları Aralıq dənizində Açıq Dəniz Tədrisinin tamamlayıblar.

Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən məlumat verib.

Dənizçi kursantlar iyul ayının 13-də “TCG İsgəndərun” gəmisində açıq dənizə çıxaraq. Bu çərçivədə İtaliyanın Neapol, Fransanın Tulon, İspaniyanın Barselona və Maltanın Lavaletta limanlarını ziyarət ediblər.

Açıq Dəniz Tədrisinə 6-sı qadın olmaqla, 251 nəfər Dəniz Hərbi Məktəbinin, hər birindən 6 nəfər olmaqla Quru və Hava Qüvvələri Məktəbindən kursant, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən 2 zabit və 20 kursant iştirak edib.

Tədrisə Tunis, Rumıniya və Livan Hərbi Dənizçilik məktəblərinin hər birindən 2 kursant qatılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş