Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında görüş olub
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb. Bu barədə “AzeriDefence” Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
KATEQORIYA: Müdafiə