Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

Aprelin 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında ikitərəfli formatda görüş keçirilib.Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu qeyd olunub. Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş