Azərbaycan və Xorvatiya arasında hərbi-texniki əməkdaşlıq haqqında analaşma memorandumu imzalanıb

Fevralın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə Bakıda səfərdə olan Xorvatiyaın müdafiə naziri Ante Kotromanoviçlə görüşüb. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Geniş tərkibdə keçirilən görüş zamanı nazirlər ölkələrarası hərbi-texniki əməkdaşlığın yaradılması və inkişafı istiqamətində faydalı müzakirələr aparıblar. Nazir S. Əbiyev həmkarına regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törədən səbəblər və bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi barədə məlumat verib. Nazir bildirib ki, problem sülh şəraitində həll olunmadığı təqdirdə ordunun imkanlarından istifadə ediləcəyi qaçılmazdır.

A.Kotromanoviç isə Azərbaycanla hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Sonda nazirlər hərbi-texniki əməkdaşlıq haqqında analaşma memorandumunu imzalayıblar.

Görüşdə Azərbaycan Respublikasının Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş