Azərbaycan və Xorvatiya minatəmizləmə sahəsində 4 istiqamət üzrə əməkdaşlıq edəcək

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” özündə bu sahə üzrə əməkdaşlığın 4 istiqamətini müəyyənləşdirir. Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bu istiqamətlərə minalara qarşı fəaliyyət üzrə qanun və qaydaların hazırlanması, yeni minatəmizləmə texnologiyalarının tədqiqi və hazırlanması, yerüstü mina təhlükəsi ilə bağlı maarifləndirmə və mina qurbanlarına yardım sahəsində əməkdaşlıq aiddir.

Aqeyd edək ki, Xorvatiya prezidenti İvo Yosipoviçin Azərbaycana səfəri çərçivəsində imzalanmış sənədə ANAMA-nın direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imza atıb.

KATEQORIYA:
Bu xəbəri paylaş