Azərbaycana İordaniya təyyarələri -FOTO

Azərbaycanın hərbi qurumlarından biri İordaniya istehsalı olan yüngül çəkili təyyarələrə marağını ifadə edib. Bu barədə mayın 8-dən 10-dək Amman şəhərində keçirilmiş SOFEX-2012 sərgisində iştirak edən “AzeriDefence”nin əməkdaşına Kral II Abdullahıın Layihə Bürosunun (KADDB) pavilyonunda məlumat verilib.“AzeriDefence”yə bildirilib ki, 2010-cu ildə Azərbaycan nümayəndə heyəti KADDB-nin müəssisələrindən Seabird Aviation Jordan şirkətində olub. Həmin vaxt təyyarələrin alqı-satqısının mümkünlüyü barədə ilkin müzakirələr aparılıb. Bu yaxınlarda isə Azərbaycan tərəfi yeni təkliflərlə çıxış edib. Hazırda İordaniya şirkəti Azərbaycandan konkret sifarişləri gözləyir.

“Azərbaycan əsasən “Seeker” tipli yüngül uçuş aparatları ilə maraqlanır. Hansı ki, bu təyyarələr müxtəlif – axtarış, sərhəd-patrul və s.kimi funksiyalarda istifadə oluna bilir. Idarəetmə sistemi sadə olmaqla yanaşı istənilən əraziyə enə və qalxa bilir”, – deyə şirkətdən bildirilib.

Bundan başqa, təyyarədə qurulmuş termal kameralar həər cür hava şəraitində müşahidə aparmağa imkan verir.

Tərəflər arasında əldə olunmuş anlaşmaya görə, sifarişlərin sayı çox olarsa, adıçəkilən təyyarələrin Azərbaycanda yöğılması məsələsinə də baxıla bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş