Azərbaycanda ASELSAN ilə birgə rabitə vasitələri istehsal olunacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin ASELSAN şirkəti arasında niyyət protokolu imzalanıb.“AzeriDefence”nin məlumatına görə, sentyabrın 13-də – ADEX-2014 sərgisinin sonuncu günü imzalanmış niyyət protokolunda Azərbaycanda ASELSAN ilə birgə müxtəlif rabitə vasitələrinin istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodu ilə Türkiyənin ASELSAN şirkəti arasında yeni məhsulların Bakıda istehsalı və birgə müəssisənin yaradılmasına dair niyyət protokolları imzalanıb.

Protokola əsasən Bakıda “Alov” zavodu və ASELSAN-ın iştirakı ilə birgə müəssisə təsis olunacaq. Həmçinin “Alov” zavodunda ASELSAN-ın lisenziyası ilə 4x və 6x gecə nişangahları və yeni nəsil termal nişangahlar istehsal olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş