Azərbaycanda çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin attestasiyası keçirilir

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Təhsil Nazirliyi ilə məktəblərdə çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərin attestasiyasını keçirir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Xidmət rəisi paralel olaraq orta məktəblərdə tədris olunan metodiki vəsaitin yenilənməsi istiqamətində işlər aparıldığını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş