Azərbaycanda Koreyanın müdafiə attaşesi ofisi açılır

Cənubi Koreyanın Azərbaycanda müdafiə attaşesi ofisi açılır.Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

Müdafiə attaşesi ofisi sentyabr ayında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, indiyədək Cənubi Koreyanın Azərbaycanda hərbi attaşesi olmayıb. Azərbaycanın isə Seulda hərbi attaşesi fəaliyyət göstərir.

Hazırda iqamətgahı Bakıda yerləşən 13 ölkənin hərbi attaşe aparatı var.

KATEQORIYA:
Bu xəbəri paylaş