Azərbaycanda “Orbiter-3” PUA-ları istehsal edilə bilər

Azərbaycanın “Azad Systems Co” şirkəti yaxın vaxtlarda “Orbiter-3” pilotsuz uçuş aparatlarının istehsalına başlaya bilər. bu barədə “AzeriDefence” “Flight Global” nəşrinə istinadən məlumat verib.“Aeronautics Defense Systems” şirkətinin marketinq və satış məsələləri üzrə direktor müavini Dani Eşxarın sözlərinə görə, Azərbaycanda adıçəkilən müəssisə hazırda “Orbiter-2” aparatlarını istehsal edir. Hazırda daha bir geniş imkanlara malik PUA versiyası tələb olunur ki, bu da “Orbiter-3” ola bilər.

Qeyd edək ki, “Azad Systems Co” şirkəti MSN və “Aeronautics Defense Systems” şirkətinin iştirakı ilə 2011-ci ildə yaradılıb.

“Aeronautics” şirkəti Bakıda keçirilmiş ADEX-2014 sərgisində “Orbiter-3” PUA-nı əyani şəkildə sərgiləyib.

“Orbiter-3” kiçik taktiki PUA-lar özündə sinfindəki PUA-ların mühüm və effektiv üstünlüklərini birləşdirir. “Orbiter-3” katapult vasitəsi ilə havaya qaldırılır. Enmə zamanı paraşüt və hava qutusundan istifadə olunur. PUA-nın uçuş tavanı 18000 fut, sürəti 70 milə qədər, uçuş müddəti 7 saat, uçuş məsafəsi 100 km-dən çoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş