Azərbaycanda Rusiya hərbi texnikalarının servis mərkəzi yaradılacaq – EKSKLÜZİV

“Uralvaqonzavod” Konserni Azərbaycanın istifadəsində yer alan Rusiya istehsalı olan həərbi texnikalar üçün birgə servis mərkəzinin yaradılmasını təklif edib.Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y. Camalovun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan hökumətində müzakirə olunur.

“Belə bir müəssisənin – servis mərkəzinin yaradılmasında maraqlıyıq. Bu Azərbaycan müdafiə sənayesinin inkişafı üçün də vacibdir”, – deyə nazir vurğulayıb.

Nazir deyib ki, bu mərkəzdə tanklar, piyada döyüş maşınları, mühəndis texnikaları və müxtəlif silahlara texniki xidmətlər göstəriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş