Azərbaycanda “Tetraedr Techservice” adlı hərbi şirkət yaradılıb

Belarus hərbi sənaye kompleksinin aparıcı şirkətlərindən olan “Tetraedr” Azərbaycanda birgə müəssisə yaradıb. 2011-ci il dekabrın 28-də dövlət qeydiyyatına alınmış şirkət “Tetraedr Techservice” adlanır və Sumqayıt şəhərində yerləşən müəssisənin təsisçiləri qismində Azərbaycan tərəfdən “Azairtechservice LTD” şirkəti çıxış edir.

Qeyd edək ki, indiyədək “Tetraedr” şirkəti tərəfindən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının inventarındakı 2 batereya (8 döyüş maşını) S-125 (“Peçora”) “yer-hava” tipli raket kompleksləri modernizasiya olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş