Azərbaycanda zabitlərə ərzaq əvəzinə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılır

Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən zabit və gizirlərə ərzaq əvəzinə verilən pul kompensasiyasının məbləği artırılacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi Azərbaycan Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Azərbaycan hökumətinə təqdim olunmuş sənəddə pul kompensasiyasının məbləği 128 manat təklif edilib. Bu da mövcud məbləğdən 2 dəfə çoxdur.

Qeyd edək ki, hazırda zabit və gizirlər üçün ərzaq əvəzinə müəyyənləşdirilmiş pul kompensasiyasının məbləği 64 manatdır.

Müvafiq artımın 2013-cü ilin yanvarından tətbiqi planlaşdırılır.

Bundan başqa, 2013-cü ildə zabit və gizirlərin sosial təminatına yönəlmiş bir sıra qərarların qəbulu da nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş