Azərbaycanın baş naziri Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Mayın 8-də Azərbaycanın baş naziri Artur Rasi-zadə Bakıda rəsmi səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Draqo Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bu səfərinin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini bildirən baş nazir A. Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

General Draqo Lovriç Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın baş nazirinə məlumat verib. O bildirib ki, azərbaycanlı həmkarları ilə hərbi hazırlıq, təlim-təhsil, hərbi-sənaye kompleksi, ekspertlər səviyyəsində təcrübə mübadiləsi və digər əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparıb.

General regionda sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacib olduğu fikrini dəstəklədiyini bldirib.

KATEQORIYA:
Bu xəbəri paylaş