Azərbaycanın böyük şəhərlərində əhaliyə əleyhqaz paylanacaq – EKSKLÜZİV

Azərbaycanın böyük şəhərlərində əhalinin əleyhqazlarla təmin edilməsi planlaşdırılır. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Dünyanın müxtəlif ölkələrində belə bir təcrübə mövcuddur. SSRİ dönəmində Azərbaycanın ən ucqar kəndlərindəki mülki müdafiə məntəqələrində əhaliyə paylanması üçün əleyhqazlar mövcud olsa da müstəqilliyin ilk illərində bu baza dağıdılıb.

“Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən ən müasir əleyhqazlar istehsal olunur. Ölkənin iqtisadi və maddi vəziyyət də belə bir layihəni həyata keçirməyə imkan verir”,- deyə məlumatda bildirilib.

Sözügedən layihəyə nə zaman start veriləcəyi və digər detallar hökumətdə müzakirələrdən sonra bəlli olacaq.

Hökumətdə hazırda bununla bağlı nəzərdən keçirilən təklifdə başlanğıc mərhələdə iri sənaye müəssisələrinin yerləşdiyi yaşayış məntəqələrində əhalinin əleyhqazlarla təmin olunması əksini tapır. Qeyd olunan məsələ mövcud qanunvericilikdə əksini tapsa da bu günədək layihənin həcminin böyük olması, eləcə də maliyyə ilə bağlı məsələlərə görə həllini tapmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş