Azərbaycanın CAR-dan son 5 ildə aldığı silahlar

SİYAHI Azərbaycan son 5 ildə CAR-la ən sıx hərbi-texniki əməkdaşlıq edən ölkələrdən olub. Bu barədə “AzeriDefence.com” saytı eksklüziv olaraq CAR-ın Adi Silahlara Milli Nəzarət Komitəsinə (NCACC) istinadən məlumat verib.

Komitənin təqdim etdiyi məlumatlara görə, Azərbaycan 2007-2011-ci illərdə CAR-dan müxtəlif silah sistemləri və hərbi texnika satın alıb. Hərbi texnikanın bir qisminin Azərbaycanda istehsalına lisenziya verilib. Bundan başqa, CAR-ın müdafiə sektorunda fəaliyyət göstərən bir neçə firması Azərbaycan Silahlı Qüvvələrinin modernizasiya proqramlarında iştirak edir.

Hesabatda qeyd olunub ki, Azərbaycanın sifarişi üzrə 2007-ci ildə bu ölkəyə helikopterlər üçün 10 ədəd VECTOR silah sisteminin satışına icazə verilib. 2009-2010-cu illərdə çatdırılması gerçəkləşdirilmiş bu sistemlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Mi-24G helikopterlərində qurulub.

Bundan başqa, Azərbaycana 2009-cu ildə 25 ədəd MATADOR və 25 ədəd MARAUDER tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin satışına icazə verilib. Bu nəqliyyat vasitələri 2009-2011-ci illərdə Azərbaycanın müvafiq qurumu ilə əməkdaşlıq çərçivəsində Bakıda istehsal edilərək sifarişçiyə çatdırılıb. Azərbaycan 2011-ci ildə əlavə olaraq 30 ədəd MARAUDER və 30 ədəd MATADOR tipli nəqliyyat vasitəsini sifariş verib. Hazırda həmin sifariş üzrə Azərbaycanla birgə istehsal prosesi davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş